Uşaqların inkişafına və onların təhlükəsiz, dəstəkləyici mühitdə böyüməsinə töhfə vermək istəyirsiniz?

 

“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası Uşaqların İnkişafı və Müdafiəsi üzrə Məsləhətçi (National Child Development and Safeguarding Advisor) vəzifəsinə vakansiya elan edir.

 

 İş yeri: Bakı SOS Milli Ofisi

 Ünvan: Bakı şəhəri, Nizami küçəsi 137/1

 Təcrübə sahəsi: Uşaq inkişafı, uşaq müdafiəsi, sosial iş və əlaqəli istiqamətlər

 Əsas hədəf qrupu: 3–14 yaş arası uşaqlar

 Əmək haqqı: 1 000 AZN (vergilər daxil)

 

Vəzifənin əsas məqsədi uşaqların inkişafı üzrə milli yanaşmaların hazırlanması və tətbiqinə dəstək göstərmək, Uşaq Müdafiəsi Siyasətinin proqramlarda effektiv icrasını təmin etmək, uşaqların iştirakçılığını gücləndirmək və mövcud müdafiə risklərinin azaldılmasına töhfə verməkdir.

 

Vəzifə çərçivəsində uşaqların inkişafı və müdafiəsi üzrə proqramların monitorinqi, müvafiq strategiya və təlimatların tətbiqi, uşaq müdafiəsi üzrə hesabatvermə proseslərinin koordinasiyası, proqram komandalarının potensialının gücləndirilməsi və aidiyyəti tərəflərlə əməkdaşlıq nəzərdə tutulur.

 

 Uyğun namizədlər müraciətlərini [email protected]  elektron poçt ünvanına göndərə bilərlər.

Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.