“Miqrasiya Könüllüsü” İctimai Birliyi təcrübə proqramı elan edir!

 

Əziz gənclər, biliklərinizi praktik təcrübə ilə möhkəmləndirməyə, yeni bacarıqlar qazanmağa və öz potensialınızı reallaşdırmağa hazırsınız? O zaman bu fürsət məhz sizin üçündür! 

 

 Seçdiyiniz istiqamət üzrə praktiki təcrübə və peşəkar inkişaf imkanı;

 Layihələrin hazırlanması və həyata keçirilməsi prosesində iştirak;

 Yerli və beynəlxalq tədbirlərdə iştirak və yeni əlaqələr qurmaq imkanı;

 Komanda işi, ünsiyyət və təşkilatçılıq bacarıqlarının inkişafı;

 Öz ideyalarınızı irəli sürmək və həyata keçirmək fürsəti;

 Təcrübəli mütəxəssislərlə işləmək və yeni biliklər əldə etmək imkanı.

 

 Təcrübə proqramı üzrə istiqamətlər:

 Beynəlxalq əlaqələr 

 Layihələrin hazırlanması və idarə olunması 

 İctimaiyyətlə əlaqələr və media 

 Üzvlərlə iş və təşkilati məsələlər

 

 Proqramın müddəti: 3 ay

 Proqramı uğurla başa vuran iştirakçılar diplomla təltif olunacaqlar.

 Qeydiyyat və ətraflı məlumat:  LİNK

 

 Son qeydiyyat tarixi: 07.11.2026

 Son qeydiyyat saatı: 18:00

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.