Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Yaradıcı Mərkəzdə keçiriləcək “Yaradıcı Media Məktəbi” təliminə qeydiyyat başlayıb!
Media sahəsinə marağı olan, məzmun hazırlamaq və yaradıcı media bacarıqlarını inkişaf etdirmək istəyən hər kəsi təlimə dəvət edirik. Proqram nəzəri biliklərlə yanaşı, praktiki məşğələləri də əhatə edir.
Müddət: 3 ay
Məkan: Yaradıcı Mərkəz
Format: Əyani
İştirak: Ödənişsiz
Təlimi uğurla başa vuran iştirakçılara sertifikat təqdim olunacaq.
Dərs saatları: Həftənin bazar ertəsi, çərşənbə, cümə (1,3,5) günləri saat 13:00-14:30
Qeydiyyat üçün formu doldurun:
Müraciətlər nəzərdən keçirildikdən sonra uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Yaradıcı ideyalarını media məzmununa çevir!
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.