Tamstore MMC “Motion Dizayner” vakansiyası elan edir:
Əsas vəzifə öhdəlikləri:
· Şirkətin reklam kampaniyaları və sosial media platformaları üçün kreativ hərəkətli qrafikaların (motion graphics) hazırlanması;
· Reklam çarxlarının, promo videoların və qısa tanıtım videoları (teaser) hazırlanması və montajı;
· Video materialların montajı, rəng korreksiyası və səs effektlərinin tətbiqi;
· Kreativ komanda ilə birgə reklam ideyalarının vizual həllərinin hazırlanması;
· Layihələrin brendin vizual üslubuna və kreativ istiqamətinə uyğun icra edilməsi;
· Qrafik dizayn işlərinin hazırlanmasında komandaya dəstək göstərilməsi.
Tələb olunan bilik və bacarıqlar:
· Adobe After Effects proqramında peşəkar səviyyədə işləmək bacarığı;
· Adobe Premiere Pro, Adobe Photoshop və Adobe Illustrator proqramlarında sərbəst işləmək bacarığı;
· Video montajı, ritm, keçidlər və vizual hekayəçilik (visual storytelling) üzrə bilik və bacarıqlar;
· Süni intellekt əsaslı video və vizual kontent alətləri ilə işləmək bacarığı;
· Yüksək kreativ düşünmə və vizual yanaşma bacarığı;
· Detallara diqqət, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı;
· Müəyyən edilmiş son icra müddətlərinə (deadline) uyğun işləmək və vaxtı düzgün idarə etmək bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi:
· Ali təhsil(Əlaqəli sahə üzrə);
· Motion dizayn sahəsində minimum 3 il iş təcrübəsi;
· Portfolio təqdim edilməsi mütləqdir.
İş şərtlərimiz:
· İş qrafiki: Tam iş günü (5 gün);
· İş saatları: 09:00-18:00;
· İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D.
Biz nə təklif edirik:
· Əmək bazarında rəqabətli əməkhaqqı;
· Peşəkar komanda mühiti;
· Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Motion dizayner” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.