Tamstore MMC “Bazar araşdırması üzrə mütəxəssis” vakansiyası elan edir:
Əsas vəzifə öhdəlikləri:
· Rəqib marketlərdə qiymət monitorinqlərinin aparılması;
· Kampaniya və endirimlərin izlənilməsi;
· Mağaza ziyarətləri vasitəsilə məlumatların toplanması;
· Məhsullar üzrə qiymət müqayisələrinin aparılması;
· Bazardakı qiymət dəyişikliklərinin izlənilməsi;
· Toplanmış məlumatların aidiyyəti şəxslərlə operativ şəkildə paylaşılması.
Tələb olunan bilik və bacarıqlar:
• Microsoft Office proqramlarında, xüsusilə Excel-də biliklərə malik olmaq;
• Diqqətli və məsuliyyətli olmaq;
• Məlumatları düzgün və operativ toplamaq bacarığı;
• Komanda mühitində işləməyi bacarmaq.
Tələb olunan təhsil, iş təcrübəsi:
• Ali və ya orta ixtisas təhsili;
• Supermarket və ya pərakəndə satış sektorunda iş təcrübəsi;
• Qiymət monitorinqi və bazar araşdırması sahəsində praktiki təcrübə olması üstünlükdür.
İş şərtlərimiz:
· İş qrafiki: Tam iş günü (5 gün);
· İş saatları: 09:00-18:00;
· İş yeri: Ərazi.
Biz nə təklif edirik:
· Əmək bazarında rəqabətli əməkhaqqı;
· Peşəkar komanda mühiti;
· Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Bazar araşdırması üzrə mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.