VAKANSİYA - HƏKİM-PEDİATR ASSİSTENTİ

Bioloji Təbabət Klinikası komandamıza qoşulmaq üçün pediatriya sahəsində baza tibbi təhsili olan, məsuliyyətli, diqqətli və peşəkar inkişafda maraqlı namizədləri əməkdaşlığa dəvət edir.

Namizədə dair tələblər:

Ali tibbi təhsil – baza pediatriya təhsili mütləqdir;

Pediatriya sahəsində nəzəri biliklərə malik olmaq;

Uşaqlarla və valideynlərlə düzgün ünsiyyət qurmaq bacarığı;

Məsuliyyətli, diqqətli və intizamlı olmaq;

Komanda ilə işləmək və verilən tapşırıqları vaxtında icra etmək bacarığı;

Tibbi sənədləşmə və kompüter biliklərinə malik olmaq;

Öyrənməyə və peşəkar inkişaf etməyə həvəsli olmaq;

İş təcrübəsi arzuolunandır, lakin mütləq deyil.

Əsas vəzifə öhdəlikləri:

Həkim-pediatrın gündəlik fəaliyyətinə təşkilati və tibbi proseslər üzrə dəstək göstərmək;

Pasiyent uşaqların ilkin qəbul prosesində iştirak etmək;

Uşaqların boy, çəki, temperatur və digər ilkin göstəricilərinin ölçülməsində iştirak etmək;

Həkimin göstərişləri əsasında tibbi sənədləşmə və qeydiyyat işlərini aparmaq;

Müayinə və qəbul prosesinin təşkilində həkimə kömək etmək;

Pasiyentlərin tibbi məlumatlarının məxfiliyini qorumaq;

Valideynlərlə ünsiyyətdə etik davranış qaydalarına riayət etmək;

Klinikadaxili tibbi protokol və prosedurlara əməl etmək.

İş şəraiti və təkliflər:

Əməkhaqqı: 1 000 AZN;

Stabil və peşəkar iş mühiti;

Təcrübəli həkim-pediatrlarla birgə işləmək imkanı;

Praktiki bilik və bacarıqların inkişaf etdirilməsi;

Peşəkar təlim və inkişaf imkanları;

Uzunmüddətli əməkdaşlıq və karyera yüksəlişi perspektivi.

Karyera inkişafı

Bu vəzifə pediatriya sahəsində peşəkar təcrübə qazanmaq və gələcək karyera inkişafı üçün imkan yaradır.

Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected]  elektron poçt ünvanımıza göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.