"Hünər Qüllə" MTK Mühafizəçi vakansiyası elan edir!
Vəzifə: Mühafizəçi
Əməkhaqqı: 600 AZN
İş qrafiki: Növbəli
Tələblər:
• Yaş həddi: 20-35
• Təhsil: Orta təhsil
• Məsuliyyətli, diqqətli və nizam-intizamlı olmaq
• Fiziki cəhətdən sağlam olmaq
• Növbəli iş qrafiki ilə işləmək imkanı
• İş təcrübəsi arzuolunandır, lakin məcburi deyil
• Azərbaycan dilini sərbəst bilmək (şifahi ünsiyyət səviyyəsində), rus dilini bilmək arzuolunandır
• İş yerləri yerləşir Ağ şəhər ərazisində.
Vəzifə öhdəlikləri:
• Yaşayış binalarının giriş-çıxışına nəzarət etmək
• Binalara daxil olan və çıxan şəxslərin, eləcə də nəqliyyat vasitələrinin nəzarətdə saxlanılmasını təmin etmək
• Şübhəli halları və qanunsuz hərəkətləri vaxtında aşkar edərək rəhbərliyə məlumat vermək
• Ərazidə ictimai asayişin qorunmasını təmin etmək
• Yanğın təhlükəsizliyi və fövqəladə hallar zamanı ilkin tədbirlər görmək
• Kamera müşahidə sistemlərinə (mövcud olduğu halda) nəzarət etmək
• Sakinlərin və qonaqların təhlükəsizliyi ilə bağlı müraciətlərə operativ reaksiya vermək
• İş vaxtı daxili nizam-intizam qaydalarına riayət etmək
Biz təklif edirik:
• Stabil iş mühiti
• Gündüz növbəsində naharın şirkət tərəfindən təmin edilməsi
• Peşəkar komandada çalışma imkanı
• Karyera inkişafı üçün əlverişli iş mühiti
CV-lərinizi: [email protected] ünvanına göndərin.
Mövzu hissəsində: "Mühafizəçi" qeyd etməyiniz xahiş olunur.
WhatsApp: (+994 51) 847 51 22
Peşəkar komandamızın bir hissəsi olun və karyeranızı bizimlə inkişaf etdirin! Fürsəti qaçırmayın!