VAKANSİYA: Anbar Mühasibi
"Azərsilah" Müdafiə Sənayesi Holdinqi tərkibində fəaliyyət göstərən "İqlim" Elmi İstehsalat Müəssisəsi MMC komandamıza Anbar Mühasibi vəzifəsi üzrə təcrübəli və məsuliyyətli mütəxəssis axtarışındadır!
Əsas Vəzifə Öhdəlikləri:
• Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
• Anbar qalığına nəzarət etmək və mütəmadi inventarizasiyalarda iştirak etmək;
• Anbar uçotu üzrə gündəlik, həftəlik və aylıq hesabatları hazırlayıb rəhbərliyə təqdim etmək;
• Material hərəkəti ilə bağlı sənədləri düzgün və vaxtında rəsmiləşdirmək;
• İstehsala verilən materialların norma və sifarişlər üzrə hərəkətinə nəzarət etmək;
• Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək.
Namizədə Dair Tələblər:
• Təhsil: Ali təhsil (Bakalavr);
• İş təcrübəsi: Müvafiq alanda minimum 2 il (İstehsalat və ya tikinti sahəsində iş təcrübəsi üstünlükdür);
• Cins / Yaş: Kişi namizədlər / 25 – 35 yaş;
• Proqram bilikləri: 1C (7.7 / 8.3), ERP, MS Excel, MS Word, Outlook;
İş Şəraitimiz:
• İş qrafiki: 5 günlük iş həftəsi (Tam iş günü);
• İş yeri: Bakı ş., Xəzər r-nu, Buzovna qəsəbəsi;
• Nəqliyyat: 20 Yanvar və Koroğlu metro stansiyalarından pulsuz servis xidməti təmin olunur;
Müraciət Qaydası:
Tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində "Anbar mühasibi" qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 31.10.2026