VAKANSİYA: QRAFİK DİZAYNER

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

-         Müştəri tələblərinə uyğun loqotiplər hazırlamaq, mövcud loqotipləri redaktə etmək və vektor formatına çevirmək.

-         Loqotiplərin işçi geyimləri üzərində yerləşimini, ölçüsünü və rəng uyğunluğunu göstərən vizual nümunələr hazırlamaq, təsdiqlənmiş dizaynları istehsala hazır fayllar şəklində təqdim etmək.

-         Şirkətin istehsal etdiyi işçi geyimlərinin ümumi görünüşünü və detallarını əks etdirən keyfiyyətli fotoşəkillər çəkmək.

-         Fotoşəkilləri emal etmək: fonu təmizləmək və ya dəyişmək, işıq və rəng düzəlişləri aparmaq, retuş etmək və şəkilləri tələb olunan ölçü və formatlarda hazırlamaq.

-         Sosial media paylaşımları və reklam kampaniyaları üçün vizuallar, o cümlədən postlar, reklam bannerləri hazırlamaq, onları şirkətin vizual üslubuna və müvafiq platformaların formatlarına uyğunlaşdırmaq.

-         Dizayn və fotoşəkillərlə bağlı aidiyyəti əməkdaşlarla koordinasiyalı işləmək və tapşırıqları vaxtında təhvil vermək.

NAMİZƏDƏ TƏLƏBLƏR:

-         Qrafik dizayn sahəsində azı 5 il iş təcrübəsi.

-         Azərbaycan dilində şifahi və yazılı ünsiyyət bacarığı.

-         CorelDRAW və ya Adobe Illustrator proqramında sərbəst işləmək, loqotip dizaynı və vektor qrafikası üzrə praktiki bacarıqlar.

-         Adobe Photoshop proqramında fotoşəkillərin emalı və retuşu üzrə bilik və bacarıqlar.

-         Məhsul fotoçəkilişi, işıqlandırma, çəkiliş bucağı və kompozisiya seçimi üzrə bacarıqlar.

-         Sosial media və reklam vizuallarının hazırlanması təcrübəsi, rəng və şriftlərdən düzgün istifadə etmək bacarığı.

Yaradıcılıq, detallara diqqət və məsuliyyətlilik vacibdir. Fotoçəkilişlər üzrə təcrübəyə üstünlük hesab olunur.

İŞ ŞƏRTLƏRİ

İş yeri: Debet Safety MMC istehsalat fabrikası (Hökməli yolu)

 İş günləri: Bazar ertəsi – Cümə

İş saatları: 08.00 – 17.00 (nahar fasilədsi 12.00 – 13.00)

Servis və nahar şirkət tərəfindən təmin edilir

 Əmək haqqı: 1200 +

 

MÜRACİƏT QAYDASI

CV-lərinizi və portfolionuzu [email protected]  ünvanına.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.