“AZERA Holding”MMC tərkibindəki Katan Toxuma MMC-də mühasib vakansiyasını elan edir.

 

İş haqqında məlumat:

Müəssisənin təkrarolunmaz mühasibatlıq əməliyyatlarının (mal-material, əsas vəsait, istehsal xərcləri, satışlar və s.) uçotunun aparılması

Gündəlik mühasibat sənədlərinin (qaimə, hesab-faktura, məxaric və mədaxil orderləri) düzgün rəsmiləşdirilməsi

Mal-materialların anbar uçotunun aparılması, istehsalata buraxılış və tamamlanmış məhsul hesabatlarının hazırlanması

İstehsal xərclərinin hesablanması, maya dəyərinin çıxarılması və aylıq hesabatların hazırlanması

Bank əməliyyatlarının və ödəniş tapşırıqlarının sistemə daxil edilməsi və izlənilməsi

Əməkhaqqı hesablanmasında və kassa əməliyyatlarında iştirak

Vergi bəyannamələrinin hazırlanmasında mühasibatlıq komandasına dəstək

Mühasibatlıq proqramında (1C və ya Logo, ERP və s.) müvafiq qeydlərin aparılması

 

Tələblər:

Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil

İstehsalat sahəsində mühasibatlıq təcrübəsi (minimum 1–3 il üstünlükdür)

Vergi Məcəlləsi və mühasibat uçotu üzrə biliklər

1C, ERP, Logo və ya digər mühasibatlıq proqramlarında işləmə bacarığı

MS Excel-də peşəkar səviyyədə işləmə bacarığı

Analitik düşüncə, dəqiqlik və məsuliyyət

Komanda ilə işləmə və hesabatlıq bacarığı

 

İş şərtləri:

ƏM-nə uyğun rəsmiləşdirmə

5 günlük iş qrafiki

Əmək haqqı:800 AZN

Ünvan: Buzovna, Zagulba

Nahar və servis şirkət tərəfindən təmin olunur.

 

 Uyğun olan namizədlərdən [email protected] mail ünvanına vakansiyanın adı qeyd olunmaqla cv göndərməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.