Təhlil və strateji planlaşdırma departamenti/Strateji planlaşdırma şöbəsi/aparıcı mütəxəssis vakansiyası üzrə namizəd axtarışı aparılır.

Vakansiya barədə məlumatlarla aşağıda tanış ola bilərsiniz:

Vəzifə öhdəlikləri:

- Agentliyin icraçısı olduğu qurumdaxili və qurumxarici strategiyaların tədbirlər planlarının hazırlanması;

- Strategiya və dövlət proqramları üçün tədbir planlarının aidiyyəti struktur bölmələrlə hazırlanması;

- Strategiya və tədbirlər planlarının monitorinqinin və hesabatlığının aparılması;

- Beynəlxalq mənbələr əsasında araşdırmaların, təhlillərin həyata keçirilməsi və nəticədə təkliflər hazırlanması;

- Funksional struktur bölmələrlə yaxından işləyərək fəaliyyət istiqamətlərinin mövcud çətinliklərinin analiz edilməsi və nəticəsi barədə təqdimatların hazırlanması.

Vəzifənin tutulmasına dair tələblər:

- Təhsil tələbi: Ali (iqtisadiyyat və ya idarəetmə ixtisasları qrupu üzrə);

- İş stajı: Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;

- Dil bilikləri: Azərbaycan dili (sərbəst), ingilis dili (yaxşı səviyyədə), rus dili arzu olunandır;

- Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə).

Tələb olunan bilik və bacarıqlar:

-  Planlama və kommunikasiya bacarıqları;

-  Araşdırma və təhlil bacarığı 

-  Analitik və kreativ düşüncə.

Göstərilən tələblərə cavab verən namizədlərin Cv-lərini mövzu hissəsinə "Strateji planlaşdırma şöbəsi üzrə aparıcı mütəxəssis" qeyd etməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.

Müraciət üçün son tarix: 26.01.2026

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.