NH Group | Mühasib vakansiyası
NH Group olaraq Maliyyə departamentimizdə mühasib vəzifəsi üzrə çalışacaq yeni komanda üzvü axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
• Daxili mühasibat uçotunun aparılması və müvafiq hesabatların hazırlanması;
• Hesab-fakturaların və elektron qaimələrin hazırlanması, göndərilməsi və təsdiqi;
• Bank əməliyyatlarının və köçürmələrin həyata keçirilməsi;
• Bonusların, məzuniyyət və ezamiyyət ödənişlərinin, eləcə də son haqq-hesabın hesablanması;
• Vergi orqanlarından daxil olan məktubların izlənilməsi;
• Şirkət rəhbəri və Maliyyə departamentinin müdiri tərəfindən verilən vəzifə üzrə digər tapşırıqların icrası.
Namizədə olan tələblər:
• Müvafiq sahədə 1–3 il iş təcrübəsi;
• Mühasibat və vergi uçotu, DSMF və statistika üzrə əməliyyatlara dair biliklər;
• Microsoft Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
• 1C 8.3 proqramında işləmək bacarığı;
• Dövlət portallarından (e-gov.az, e-taxes.gov.az və s.) sərbəst istifadə bacarığı.
İş şəraiti:
• İş qrafiki: həftə içi 5 gün, 09:00–18:00;
• Əməkhaqqı: 900–1 000 AZN.
Müraciət qaydası:
Tələblərə cavab verən namizədlərdən CV-lərini “Mühasib” başlığı ilə [email protected] ünvanına göndərmələri xahiş olunur.