Tamstore MMC “Satınalma üzrə mütəxəssis” vakansiyası elan edir:
Əsas vəzifə öhdəlikləri:
• Satınalma prosesinin müəyyən edilmiş prosedur və qaydalara uyğun, vaxtında icra olunmasının təmin edilməsi, satınalma sorğularının operativ şəkildə yerinə yetirilməsi;
• Mallar, avadanlıqlar və xidmətlər üzrə texniki və qiymət araşdırmalarının aparılması;
• Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarlar üzrə araşdırılması;
• Ən uyğun təchizatçı və tədarükçülərin seçilməsi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkili;
• Təchizatla bağlı müqavilə şərtlərinin müəyyən edilməsi, hazırlanması və icrasına nəzarətin həyata keçirilməsi;
• Alınmış məhsul və xidmətlərin keyfiyyəti və çatdırılması ilə bağlı məsələlərin həllinə dəstək göstərilməsi;
• Mal-material və xidmət alışlarının ən uyğun şərtlərlə təmin edilməsi;
• Təchizatçı və tədarükçü bazasının formalaşdırılması, onların fəaliyyətinin qiymətləndirilməsi;
• Təhlillərin aparılması, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
• Təchizat və satınalma prosesləri və ümumi prinsipləri üzrə biliklər;
• Danışıqların aparılması və təchizatçılar arasında optimal seçim edilməsi üzrə səriştə;
• Bazarın təhlili və hesabatların hazırlanması üzrə biliklər;
• Satınalma sahəsində sənəd dövriyyəsinin təşkili, aparılması və təqibi üzrə biliklər;
• MS Office proqramları üzrə biliklər, xüsusilə yüksək səviyyədə Excel biliyi;
• Məsuliyyətlilik, qərarvermə, problemlərin həlli, planlaşdırma və təşkilatçılıq bacarıqları;
• Yüksək səviyyədə kommunikasiya və biznes ünsiyyət bacarıqları.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
· Ali təhsil(Əlaqəli sahə);
· Satınalması sahəsində ən az 2 il iş təcrübəsi;
· Retail sahəsində təcrübə üstünlükdür.
İş şərtlərimiz:
· İş qrafiki: Tam iş günü (5 gün);
· İş saatları: 09:00-18:00;
· İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
· Əmək bazarında rəqabətli əməkhaqqı;
· Peşəkar komanda mühiti;
· Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma üzrə mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.