“Update Consulting” MMC təhsilini mühasibatlıq sahəsi üzrə alan gənclər üçün yay təcrübə proqramı elan edir!

 

Nələri öyrənəcəksiniz?

 

Yenilənmiş “new.e-taxes.gov.az” portalında işləmək;

 www.e-taxes.gov.az-portalı ilə tanışlıq;

 E-qaimə sistemində işləmək;

 Müqavilələrin, Hesab-fakturaların, Qiymət razılaşma protokollarının, Təhvil-təslim aktlarının hazırlanması; 

 Fəaliyyət kodlarının əldə olunması;

 Mal və xidmət kodlarının əldə olunması;

 Vergi sisteminə daxil olan məktubların oxunub analiz olunması və cavablandırılması;

 Əmək haqlarının hesablanması;

 İnternet banking üzrə əməliyyatlar 

(bank daxili, ölkədaxili, ölkəxarici, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, Dövlət büdcəsinə ödəniş və ödənişlərin kütləvi yığılması);

 Əmək haqqı kartlarının sifarişi;

 Debitor/Kreditor excel cədvəllərin hazırlanması və əməliyyatlar aparılması.

 

Əgər siz də nəzəri biliklərinizi təcrübədə tətbiq edərək ixtisasınız üzrə peşəkar mütəxəssis olmaq istəyirsinizsə, CV-lərinizi [email protected] e-poçt ünvanına “subject” (mövzu) hissəsində “Təcrübəçi mühasib” qeyd etməklə göndərə bilərsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.