Ofis meneceri vakansiyası

 

İş barədə məlumat

 Ofisə gələn qonaqların gülərüz qarşılanması;

Rəhbərliyin verdiyi tapşırıqların vaxtında və keyfiyyətli yerinə yetirilməsi;

 Rəhbərliyə, qonaqlara çay və s ilə müşayiət edilməsi;

 Telefon zənglərinin cavablandırılması, lazımi məlumatların qeydə alınması, şirkətin rəhbərliyinə və əməkdaşlara ötürülməsi;

 Daxil olan məktubların qəbul edilməsi və aidiyyatı şöbəyə təhvil verilməsi;

Ofis ehtiyaclarını müəyyənləşdirmək və təchizat işlərini təşkil etmək;

 Müxtəlif hesabatların, müqavilələrin və digər sənədlərin hazırlanması və rəhbərliyə təqdim edilməsi.

 

 

Namizədə tələblər

 Nərimanov və yaxın ərazidə yaşayan xanım namizədlər;

 Məsuliyyətli, diqqətli və təşkilatçılıq bacarıqlarına malik olmaq;

 Ofis avandanlıqlarından sərbəst şəkildə istifadə etmək;

 Microsoft Office proqramları ilə işləmək bacarığı (xüsusilə Excel) 

 Ünsiyyət qurmaq və təşkilat bacarıqları

 Rus dili biliyi (sənədlərlə işləyə biləcək səviyyədə)

 Sürətli və səhvsiz yazı yazmaq bacarığı (kağız üzərində

İş şəraiti:

Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;

 6 günlük iş qrafiki (6-cı gün qısa iş günü);

 Əmək haqqı: 660AZN (artan ə/h)

 İş yeri: Nərimanov rayonu, Əhməd Rəcəbli (yaxın ərazidə qalanlara üstünlük verilir)

 

 Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini [email protected] elektron poçtuna mövzu hissəsində “Ofis meneceri” qeyd etməklə göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.