HMC Company Mühasibatlıq üzrə Ödənişli (Maaşlı) Təcrübə Proqramı elan edir!
Mühasibatlıq sahəsində praktiki təcrübə qazanmaq və peşəkar inkişaf etmək istəyən gənc mütəxəssisləri komandamızda görməkdən məmnun olarıq.
Öhdəliklər:
Mühasibatlıq sənədlərinin sistemə işlənməsi və sənəd dövriyyəsində dəstək
Elektron qaimə-faktura, ilkin sənədlər və digər maliyyə sənədlərinin hazırlanmasında yardım
Dövlət portalları (e-Gov, Vergi sistemi və s.) ilə işin öyrənilməsi və tətbiqi
Vergi və mühasibatlıq hesabatlarının hazırlanmasında mühasibə dəstək
Aidiyyəti üzrə administrativ və ofis işlərinin yerinə yetirilməsi
Tələblər:
Mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil (yeni məzun)
MS Excel və MS Word proqramlarında işləmə bacarığı
Analitik düşüncə, diqqətlilik və məsuliyyətli iş yanaşması
Öyrənməyə həvəs və inkişaf yönümlü olmaq
Komandada işləmə bacarığı
Yalnız xanım namizədlər
Şərtlər:
İş rejimi: Həftədə 5 iş günü (09:00 – 18:00)
Maraqlanan şəxslər CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.