Müştəri Təmsilçisi / Customer Advocate vakansiyası

 

 Vəzifə öhdəlikləri:

·      Müştəri problemlərini analiz edərək kök səbəbləri müəyyənləşdirmək və həllini təmin etmək.

·      Həll edilə bilməyən və ya kritik məsələlərdə eskalasiya tələb olunan hallarda əsas kontakt olmaq.

·      Aidiyyəti departamentlərlə koordinasiya edərək problemlərin vaxtında və keyfiyyətli həllini təmin etmək.

·      Bütün açılmış şikayət müraciətlərinin qeydiyyatını aparmaq, izləmək və həll prosesinə nəzarət etmək.

·      Müştəri məmnuniyyətini artırmaq və xidmət səviyyəsini yüksəltmək üçün təkliflər hazırlamaq.

 

 Əsas tələblər:

·      Yüksək səviyyədə kommunikasiya bacarığı.

·      Problemlərin həlli və eskalasiya prosesində minimum 3 il iş təcrübəsi.

·      Departamentlərarası koordinasiya və proses idarəçiliyi bacarığı.

·      Müştəri məmnuniyyətinə fokuslanmış yanaşma.

·      Komanda üzvləri və rəhbərlik ilə effektiv kommunikasiya qurmaq bacarığı.

·      Yüksək səviyyəli məsuliyyət tələb edən və mürəkkəb problemlərin həllinə töhfə verə biləcək bacarıq.

 

Müraciət:

 Mövzu hissəsində “Müştəri Təmsilçisi” qeyd etməklə CV-lərinizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.