Mühəndislik tələbələri, bu proqram sizin üçündür!
AZMİİB ÜZVLÜK PROQRAMI 2026–2027
Universitetdə öyrəndiklərini real sənaye təcrübəsi ilə tamamla, peşəkar mühəndislərdən öyrən və gələcək karyerana indidən hazırlaş!
Üzvlük proqramında səni gözləyir:
İxtisasın üzrə 6 sertifikatlı texniki seminar və təlim
Peşəkar mühəndislərlə Mentorluq Proqramı
Müəssisə və zavodlara texniki gəzintilər
Proqramın sonunda Hackathon
Xüsusi tərəfdaş imkanları
AZMİİB Üzvlük Kartı
Mentorluq proqramında karyera istiqamətlərini tanıyacaq, real iş mühiti haqqında öyrənəcək, CV və LinkedIn profilini inkişaf etdirəcək, müsahibələrə hazırlaşacaq və öz karyera yol xəritəni quracaqsan.
Kimlər müraciət edə bilər?
2ci kurs və yuxarı Bakalavr tələbələri
Magistr tələbələri
Məzunlar
İşləyənlər
Üzvlük müddəti: 17 oktyabr 2026 – 31 may 2027
Son müraciət tarixi: 11 oktyabr 2026
Ətraflı məlumat və qeydiyyat:
WhatsApp: +994 99 303 07 01