Komandamıza Öyrənmə və inkişaf üzrə mütəxəssis axtarırıq!

 

 Vəzifə öhdəlikləri:

• Dövri imtahanların təşkili və hesabatlılıq təmini;

• Beynəlxalq sertifikatlarla bağlı sorğuların icrası;

• İllik təlim ehtiyaclarının planlaşdırılması və icrasında iştirak

• Təlimlərdə davamiyyətin izlənməsi və hesabatı;

• Təlimlərin keyfiyyət dəyərləndirilməsi;

• Təlim otaqlarının koordinasiyası;

• Daxili yazışmaları, sənədlərin saxlanması və arxivləşdirilməsini təşkil etmək, gündəlik operativ tapşırıqları icra etmək.

• Anbarın və təlim resurslarının idarə edilməsi.

 

 Tələb olunan bilik və bacarıqlar:

• Müvafiq sahə üzrə ali təhsil (minimum bakalavr dərəcəsi);

• Müvafiq sahə üzrə minimum 1-2 il iş təcrübəsi;

• MS Office ilə sərbəst işləmə bacarığı;

• İnsan resursları sahəsində sertifikat.

 

 Biz nə təklif edirik?

 Həftədə 5 iş günü (Şənbə və Bazar istirahət)

 Peşəkar inkişaf perspektivi

 Əmək haqqı müsahibə əsasında müəyyən edilir

 

 Vakansiya Bakı şəhəri üzrə nəzərdə tutulmuşdur.

 

Müraciət üçün

Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq link vasitəsilə müraciətinizi tamamlaya bilərsiniz.

 

Müraciət üçün son tarix: 12 oktyabr 2026-cı il

 

Uğurlar!

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.