Müştəri dəstəyi üzrə təcrübəçi vakansiyası
Təsvir
Bankın müştəriləri ilə telefon və digər rabitə vasitələri ilə effektiv ünsiyyət qurmaq, sorğu və müraciətləri vaxtında cavablandırmaq;
Müştərilərdən daxil olan şikayət və təklifləri qeyd etmək və lazımi şöbələrə çatdırmaq;
Daxili və xarici zənglərin idarə olunmasını təmin etmək, zəngləri əlaqədar şəxslərə operativ şəkildə yönəltmək;
Müştərilərin ehtiyaclarına uyğun ilkin dəstək vermək və xidmət proseslərinin rahatlığını təmin etmək;
Gündəlik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Tələblər
Ali təhsil;
Azərbaycan dilini mükəmməl bilməsi (xarici dil biliyi arzuolunandır);
Kompüter proqramlarında işləmək qabiliyyəti (Microsoft Office);
Qüvvədə olan bank qanunvericilik və normativ hüquqi aktlarını bilməsi.
Vahid komandada işləmək qabiliyyəti;
Yüksək etik davranışa sahib olmaq, gülərüz və pozitiv olmaq.
Son tarix: 15 sentyabr 2025