Oftalmologiya sahəsi üzrə ixtisaslaşan özəl klinikamıza "Call Center Operatoru" vakansiyası üzrə namizəd axtarırıq:

 

 Vakansiya: Call Center Operator

İş yeri: Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 75A

İş qrafiki: Tam ştat

Əmək haqqı: Müsahibə əsnasında müəyyənləşdiriləcək

 

Tələblər:

- Ali və ya orta ixtisas təhsili

- Yüksək səviyyədə ünsiyyət və dinləmə qabiliyyəti

- Azərbaycan və Rus dilində səlist danışıq (İngilis dili arzuolunandır)

- Stressə davamlılıq və nəzakətli yanaşma

- Kompüter bilikləri: MS Office, CRM sistemləri (üstünlükdür)

- Tibbi terminologiya üzrə ilkin biliklər üstünlükdür

 

 Əsas vəzifələr:

- Gələn zənglərin cavablandırılması və düzgün yönləndirilməsi

- Pasiyentlərin suallarının cavablandırılması və ilkin məlumatlandırma

- Qəbul üçün pasiyentlərin qeydiyyatının aparılması

- Klinikada göstərilən xidmətlər haqqında məlumatın verilməsi

- Geri zənglərin təşkili və izlənməsi

- Şikayət və təkliflərin qeydiyyatı və müvafiq şəxslərə çatdırılması

 

Müraciət etmək üçün uyğun namizədlər mövzu başlığına “Call Center Operatoru” qeyd edərək [email protected] mailinə CV göndərə bilər. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.