Layihələrin İradəedilməsi Şöbəsində "Müştəri xidmətləri üzrə təcrübəçi" vakansiyası
Tələb Olunan Bilik və Bacarıqlar
· Ali Təhsil;
· Könüllülük və təcrübə proqramlarında təcrübə;
· İngilis və ya Rus dili biliyi;
· Analitik düşüncə tərzi, dəqiqlik və məsuliyyətlilik;
· Kommunikasiya və təqdimetmə bacarıqları;
Vəzifə Öhdəlikləri:
· Müştərilərdən daxil olan müraciətlərin qəbul edilməsi və operativ qaydada cavablandırılması.
· Tələblərin aidiyyəti üzrə şöbələrə ötürülməsi və icrasına nəzarət.
· Müştərilər üçün Proforma Invoiceların hazırlanması və təsdiq prosesinin izlənməsi.
· Məktubların kuryer vasitəsilə təhvil alınması və təhvil verilməsi, müvafiq qeydlərin aparılması.
· Şirkətə daxil olan telefon zənglərinin cavablandırılması.
· Zəng edən şəxslərin sorğularının dinlənməsi və müvafiq şöbələrə yönləndirilməsi.
· Zəruri hallarda ilkin məlumatın verilməsi.
· Verilən tapşırıqların vaxtında və dəqiq icrası.
· Sənədlərin düzgün və tam hazırlanmasına görə məsuliyyət.
· Müştəri məlumatlarının məxfiliyinin qorunması.
Yuxarıda qeyd olunan tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi “Müştəri xidmətləri üzrə təcrübəçi” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.