“VLand Systems” MMC-də (köhnə STP Metal Structures MMC) “Mühasib” vəzifəsi üzrə vakansiya var.
Vəzifə öhdəlikləri:
Şirkətin uçot siyasətinə uyğun olaraq baş vermiş mühasibat əməliyyatlarını vaxtında və düzgün formada uçotun aparıldığı proqram təminatına işləmək;
Şirkətin rəsmi və idarəetmə mühasibatlığına aid olan sənədlərin hazırlanmasında iştirak etmək;
Mal-material qiymətlilərin inventarizasiyasında iştirak etmək;
Şirkətin baş mühasibi və Maliyyə meneceri tərəfindən müəyyən edilmiş səlahiyyətlər çərçivəsində digər funksiyaları yerinə yetirmək.
Namizədə tələblər:
Ali təhsil (maliyyə, mühasibatlıq üzrə);
Müvafiq sahədə 3 il və üzəri iş təcrübəsi;
ERP bazasında (1C, Logo Tiger və s. kimi) iş təcrübəsi;
MS Office proqramlarında, Exceldə əla işləmə bacarığı;
Dəqiqlik, detallara fikir vermə qabiliyyəti;
İş şəraiti:
5 günlük iş qrafiki;
İş yeri: Sumqayıt şəhəri;
Könüllü tibbi sığorta təminatı;
Korporativ nömrə;
Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur;
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək.
Tələblərə uyğun namizədlər CV formalarını [email protected] elektron poçt ünvanına, mövzu hissəsinə “Mühasib” yazaraq göndərə bilərlər.