“Süni İntellekt Azərbaycan” komandası 6 aylıq təcrübə proqramı elan edir
Əziz GƏNC!
Süni İntellekt sahəsində real təcrübə qazanmaq, komandada işləmək və gələcək karyeran üçün möhkəm təməl atmaq istəyirsənsə – bu şans sənin üçündür!
“Süni İntellekt Azərbaycan” komandası 6 aylıq təcrübə proqramı elan edir!
Bu proqram sənə nə qazandıracaq?
Real layihələrdə iştirak
Mentor dəstəyi və inkişaf fürsətləri
Sertifikat və tövsiyə məktubu
Şəbəkələşmə və tanınma imkanı
Kimlər müraciət edə bilər?
Sonuncu kurs tələbələri, yeni məzunlar və magistrantlar (I növbə təhsil alan tələbələr də nəzərə alınacaq)
Layihə təcrübəsi və liderlik potensialı olanlar
İT, Kompüter Elmləri və aidiyyəti sahələrdə təhsil alanlar
Əlavə təlim və kurslarda iştirak etmiş şəxslər
Seçilmə proseduru:
1. Qeydiyyat linki ilə müraciət;
2. Müraciəti uğurlu olan şəxslərin şifahi müsahibəyə dəvət olunması;
3. Seçilənlərin müəyyənləşdirilməsi və təcrübə proqramına başlaması
Son müraciət tarixi: 5 dekabr, saat 23:00
İş qrafiki: Həftə içi 3 gün, gündə 4 saat
Sən də bu sahədə fərqlənmək və özünü sübut etmək istəyirsənsə, müraciət et və gələcəyini bu gündən qur!