Naxçıvan Dövlət Universiteti loqo müsabiqəsi elan edir!



60 illik tarixin yeni imzasını sən yarat!

Naxçıvan Dövlət Universitetinin 60 illik yubileyi münasibətilə universitetin tarixi inkişaf yolunu, akademik dəyərlərini və gələcəyə baxışını özündə əks etdirən yubiley loqosunun hazırlanması üzrə müsabiqə elan olunur.

Yaradıcı düşüncəsinə və dizayn bacarıqlarına güvənən hər kəsi müsabiqədə iştirak etməyə dəvət edirik!

 

Müsabiqənin şərtləri:

Loqo orijinal olmalı və müəllif hüquqlarını pozmamalıdır;

Universitetin 60 illik yubileyinin mahiyyətini əks etdirməlidir;

Müasir, estetik və fərqli dizayn üslubuna malik olmalıdır;

Müxtəlif çap və rəqəmsal platformalarda istifadəyə uyğun hazırlanmalıdır.

Müraciət zamanı təqdim edilməli məlumatlar:

Loqonun PNG (şəffaf fonda) və ya SVG formatında versiyası;

Loqonun ideyası, konsepsiyası və simvolik mənasının qısa izahı;

İştirakçının adı, soyadı və atasının adı;

Əlaqə nömrəsi;

Çalışdığı müəssisə və vəzifəsi (işləyən şəxslər üçün);

Təhsil aldığı universitet, fakültə, ixtisas və kurs (tələbələr üçün).

 

Təqdim olunan loqolar orijinallıq, yaradıcılıq, mövzuya uyğunluq, estetik görünüş və funksionallıq meyarları əsasında qiymətləndiriləcəkdir.

 

 Müraciət müddəti: 1–15 dekabr 2026-cı il

 Qalib üçün mükafat: 500 AZN

 Müraciət ünvanı: [email protected]

 

Elektron məktubun mövzu hissəsində “NDU–60 | Loqo müsabiqəsi” qeyd edilməlidir.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.