Vision Academy tərəfindən təşkil olunan 3 aylıq Kompüter Operatoru, dizayner Peşə Hazırlığı Proqramına qeydiyyat davam edir.
1) Kimlər müraciət edə bilər?
· ** **Hal-hazırda tələbə olmayan və işsiz şəxslər.
· Yaş həddi: 21-30.
· Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər.
· Orta vəya ali təhsilli şəxslər.
· Öyrənməyə həvəsli, verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.
· Kompüter operatorluğu sahəsində bilik və bacarıq əldə etmək istəyənlər.
· Administrativ vəzifə üzrə karyera qurmaq istəyənlər.
2) Peşə Hazırlığı Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:
- Ofis proqramları ilə yüksək səviyyədə işləmə bacarığı (MS Word, Excel, PowerPoint).
- Elektron sənədləşmə və arxivləşdirmə.
- Məlumatların emalı və hesabatların hazırlanması.
- Cədvəllərin, şəkillərin, qrafiklərin əlavə edilməsi və tərtibatı.
- Yazışma və sənəd tərtibi standartları.
- Qrafiklərin, diaqramların yaradılması.
- Elektron poçt və bulud sistemlərində (Google Drive, OneDrive və s.) sənədlərin saxlanması və paylaşılması.
- Ofis avadanlıqlarından düzgün istifadə və texniki dəstək
** 3) Bu Proqram Sizə Nələri Qazandıracaq?**
· Peşə Hazırlığı proqramı tam ödənişsizdir.
· Peşə Hazırlığı proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
· Peşə Hazırlığı proqramı 3 ay davam edəcək.
· Peşə Hazırlığı proqramı hər gün 4 saat həftədə 5 dəfə olmaqla, ümumilikdə isə 264 saat olacaq.
· 3 aylıq Peşə Hazırlığı proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
· Praktiki Təcrübə – Real iş şəraiti və nümunələr əsasında təlim.
· Fərdi Mentor Dəstəyi – Təcrübəli mütəxəssislər tərəfindən rəhbərlik.
· Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
· Sertifikat – Proqramı uğurla bitirənlərə sertifikat təqdim olunur.
· Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman
** **
**Qeydiyyat üçün linkə daxil olaraq forumu doldura bilərsiniz: **
https://forms.gle/LtwcgGWRyvSm8LGu9
Şirkət: Vision Academy
Ünvan: Bakı şəh. Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A**.**
Veb sayt: www.visionacademy.az
Əlaqə nömrəsi: 010 7253232