Təhsil müəssisəniz üzrə Bir koordinator olmaq şansı sizi gözləyir!


Əziz tələbələr,

“Bir Könüllü” Tələbə Təşkilatı təhsil müəssisələrində fəaliyyət göstərən könüllülərlə işin sistemləşdirilməsi məqsədi ilə seçim elan edir. Seçilən gənclər təşkilatın nümayəndələri olaraq fəaliyyət göstərəcəklər.

Asudə vaxtını səmərəli dəyərləndirmək, əylənərək öyrənmək, bacarıqlarını inkişaf etdirmək, öz təhsil müəssisəsinin #Bir koordinatoru olmaq istəyirsənsə, elə indi qeydiyyatdan keç və bizə qoşul!

Koordinator olmaq üçün tələblərimiz:

- Könüllülük təcrübəsinin olması;

- 18-25 yaş aralığında olmaq;

- Yaradıcılığa və problem həll etməyə yönəlik mükəmməl bacarıqlar;

- İdarəetmə və rəhbərlik kompetensiyaları;

- Yaxşı kommunikasiya və əlaqə qurma qabiliyyəti;

- Təşkilatın məqsədlərinə uyğun fəaliyyət göstərmək üçün  motivasiya;

- Komanda ilə işləmə bacarığı.

Qeydiyyat linki

Qeydiyyat üçün son tarix:  30.11.2026

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.