PSİXOLOGİYA ELMİ-TƏDQİQAT İNSTİTUTU PEŞƏKAR PSİXOLOQLARI ƏMƏKDAŞLIĞA DƏVƏT EDİR!

 

İnstitutun Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi peşəkar fəaliyyətini genişləndirmək, yeni imkanlardan yararlanmaq və nüfuzlu elmi-praktik mühitdə çalışmaq istəyən təcrübəli psixoloqları əməkdaşlığa dəvət edir.

 

Sizə nə təklif edirik?

▪️ Müasir və tam təchiz olunmuş psixoloji məsləhət kabinetləri;

▪️ Peşəkar fəaliyyət üçün rahat və əlverişli iş mühiti;

▪️ Müasir psixodiaqnostika və laboratoriya imkanlarından istifadə;

▪️ Elmi-praktik tədbirlərdə, seminarlarda və peşəkar inkişaf proqramlarında iştirak;

▪️ Çevik iş qrafiki və qarşılıqlı faydalı əməkdaşlıq şərtləri.

 

Prioritet istiqamətlər:

▪️ Uşaq və yeniyetmə psixologiyası;

▪️ Klinik psixologiya;

▪️ Ailə və cütlük terapiyası;

▪️ Cinsi terapiya;

▪️ Koqnitiv-davranış terapiyası (KDT);

▪️ Psixoloji travma, təşviş və stresslə iş;

▪️ Asılılıq problemləri üzrə psixoloji dəstək.

 

Kimlər müraciət edə bilər?

Psixologiya üzrə ali təhsilli, müvafiq peşəkar hazırlığa və praktik iş təcrübəsinə malik, peşə etikası prinsiplərinə sadiq mütəxəssislər.

 

Maraqlanan mütəxəssislər aşağıdakı əlaqə vasitələri ilə müraciət edə bilərlər. Seçilmiş namizədlər əməkdaşlıq imkanlarının və şərtlərinin müzakirəsi üçün fərdi görüşə dəvət olunacaqlar.

 

 E-mail: [email protected]

Ünvan: Bakı şəhəri, Ziya Bünyadov prospekti 38.

 

Psixologiya Elmi-Tədqiqat İnstitutu – elmin, peşəkarlığın və təcrübənin birləşdiyi məkan!

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.