Nəqliyyat sektorunun gələcəyini birlikdə formalaşdırırq!
İRİA və AYNA-nın birgə təşkilatçılığı ilə “Openwave” Açıq İnnovasiya proqramı çərçivəsində “TransportTech” hakatonu keçiriləcək.
“Openwave” dövlət qurumların ehtiyaclarının müəyyənləşərək yerli innovatorlar tərəfindən həll yollarının təklif olunmasını təmin edir, eləcə də dövlət qurumları ilə innovatorlar arasında əməkdaşlığın inkişafına töhfə vermək məqsədilə keçirilir. Hakaton dövlət qurumlarında innovasiya mühitinin inkişafını və bu prosesdə startapların, fərdi istedadların potensialından birgə istifadəni təşviq edir.
Müraciətlər komanda şəklində aparılır və hər komanda 3 və ya 4 nəfərdən ibarət olmalıdır.
2 gün ərzində:
AYNA tərəfindən təqdim olunan data ilə işləyəcəksiniz;
Müxtəlif istiqamətlər üzrə mentor dəstəyi alacaqsınız;
Prototipinizi hazırlayıb münsiflər heyətinə təqdim edəcəksiniz.
Ən yaxşı 3 komanda sırasız şəkildə seçiləcək və hər qalib komandaya 1 ədəd noutbuk (macbook m5 pro) hədiyyə ediləcək.
Tarix: 17 - 18 oktyabr
Ünvan: Azərbaycan İnnovasiya Mərkəzi
Son qeydiyyat tarixi: 12 oktyabr