Yaradıcı Şəxslər üçün Brendinq təliminə qeydiyyat başladı!
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Yaradıcı Mərkəzdə Yaradıcı Şəxslər üçün Brendinq təliminə qeydiyyat başlayır.
Təlim yaradıcı şəxslərin şəxsi və peşəkar brendini formalaşdırması, özünü düzgün təqdim etməsi, vizual kimlik və kommunikasiya üslubunun qurulması, hədəf auditoriyanın müəyyənləşdirilməsi və yaradıcı fəaliyyətin daha effektiv şəkildə tanıdılması üzrə nəzəri və praktiki bacarıqlarını inkişaf etdirməyə yönəlib.
Təlimçilər: Aida Ramiz və Nigar Abbaszadə
Təlim müddəti: 3 ay
İştirak: Ödənişsiz
Son tarix: 30 sentyabr
Qeydiyyat üçün:
Yerləşdirilən linkə keçid edin
WhatsApp: +994 99 818 99 99
Yaradıcılığını brendə çevir!