Yaradıcı Qruplar təlim proqramına qeydiyyat başladı!
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Yaradıcı Mərkəzdə Yaradıcı Qruplar təlim proqramına qeydiyyat başlayır.
Proqram iştirakçıların təqdimat və ünsiyyət bacarıqlarının, yaradıcı düşüncəsinin, rəqəmsal alətlərdən istifadə imkanlarının və müasir media savadlılığının inkişafına yönəlib. Təlim çərçivəsində nəzəri biliklərlə yanaşı, praktiki məşğələlər və yaradıcı tapşırıqlar da həyata keçiriləcək.
Təlim istiqamətləri:
• Təqdimat bacarığı
• Natiqlik (Səlis Nitq)
• Süni intellekt
• Keramika
• Mobil videoqrafiya
• Mobil fotoqrafiya
• Sosial Media etikası
Təlimçilər: Aida Ramiz, Zaur Tahirsoy, Riyad Ağazadə, Diləzbər Hüseynli, Soltan Abdullayev, Ruslan Nəbiyev və Lamiyə Mehdiyeva
Təlim müddəti: 3 ay
Qrup sayı: 3 qrup
İştirak: Ödənişsiz
Son tarix: 30 sentyabr
Qeydiyyat üçün:
Yerləşdirilən linkə keçid edin
WhatsApp: +994 99 818 99 99
Bacarıqlarını inkişaf etdir, yaradıcılığını yeni imkanlara çevir!