NET İntern (Təcrübəçi) Axtarırıq!

Karyerana Bizimlə Start Ver !

 

    Əgər .NET texnologiyaları üzrə nəzəri biliklərini real layihələrdə tətbiq etmək, peşəkar komanda ilə çiyin-çiyinə işləmək və inkişaf etmək istəyirsənsə, bu fürsət məhz sənin üçündür! Səni komandamızda görməkdən və birlikdə böyüməkdən məmnun olarıq.

 

 Vəzifə Öhdəlikləri

Mövcud tətbiqlərin dəstəklənməsi və təkmilləşdirilməsi: Hazırda fəaliyyət göstərən sistemlərin işinin dəstəklənməsi və yeni funksionallıqların əlavə edilməsində iştirak etmək.

Kod keyfiyyəti və performans: Kod keyfiyyətinin artırılması və performansın optimallaşdırılması istiqamətində atılan addımlara dəstək olmaq, təmiz kod prinsiplərini öyrənmək.

Problemlərin analizi və həlli: Gündəlik fəaliyyət zamanı qarşıya çıxan texniki çətinliklərin və xətaların analizi, onların aradan qaldırılmasında komandaya kömək etmək.

 

Namizədə Olan Tələblər

C#, .NET Core/Framework və Obyekt-Yönümlü Proqramlaşdırma (OOP) üzrə təməl biliklər;

Verilənlər bazası (SQL / Relational Databases) ilə işləmək bacarığı və ya ilkin anlayış;

Yeniliklərə açıq olmaq, sürətli öyrənmə  və analitik düşüncə qabiliyyəti ;

Komandada işləmək bacarığı və məsuliyyətli yanaşma.

 

 

 Biz Sənə Nə Təklif Edirik?

ƏM-nə uyğun rəsmiləşdirilmə

Mentor Dəstəyi: Təcrübəli mütəxəssislərin rəhbərliyi altında peşəkar inkişaf yolu;

Real Təcrübə: Canlı layihələrdə iştirak edərək real iş mühiti ilə tanış olmaq imkanı;

Karyera Perspektivi: Təcrübə proqramını uğurla başa vuran namizədlər üçün komandamızda daimi işə qəbul şansı;

Dinamik Mühit: Dəstəkləyici, dostcanlı və inkişafa yönəlmiş iş mühiti.

 

İş yeri: Bakı şəhəri, Akademik Həsən Əliyev küç 24

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını -NET İntern (Təcrübəçi) qeyd edərək, [email protected]  elektron ünvanına göndərilməsi xahiş olunur.     

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.