Azersun Holding-in tərkibində fəaliyyət göstərən AL Market MMC komandasına yaradıcı, məsuliyyətli və peşəkar əməkdaş axtarır.

 

Əmək funksiyaları:

AL Market mağazalarının rebrendinqi, yeni mağazaların açılışı və mövcud mağazaların yenilənməsi üzrə dizayn işlərini həyata keçirmək;

Mağazaların fasad, giriş, vitrin və xarici əraziləri üçün reklam lövhələri, həcmli hərflər, işıqlı lövhələr, bannerlər, totemlər, stikerlər və digər reklam elementlərinin dizaynını hazırlamaq;

Billboard, citylight, poster, afişa, kampaniya, endirim və mövsümi aksiyalar üçün vizual materiallar hazırlamaq;

Mağazalarda ölçülər götürmək, texniki çertyojlar və reklam konstruksiyalarının istehsalı üçün dizayn faylları hazırlamaq;

Dizaynların istehsal, çap və montaj tələblərinə uyğunluğunu təmin etmək;

Quraşdırılmış reklam və brend elementlərinin korporativ vizual standartlara uyğunluğunu yoxlamaq;

Köhnəlmiş və ya zədələnmiş reklam elementlərinin yenilənməsi üzrə təkliflər hazırlamaq;

Reklam elementlərinin istehsal və quraşdırılmasını podratçılar və aidiyyəti şöbələrlə koordinasiya etmək;

Layihələrin icra müddətlərini izləmək və görülmüş işlər üzrə hesabatlar hazırlamaq;

Adobe Photoshop, Illustrator, InDesign və digər müvafiq proqramlardan istifadə etməklə qrafik dizayn işlərini həyata keçirmək.

Tələblər:

Qrafik dizayn sahəsində müvafiq bilik və bacarıqlar;

Adobe Photoshop, Illustrator və InDesign proqramları ilə işləmək bacarığı;

Çap və reklam materiallarının hazırlanması prosesləri barədə məlumatlılıq;

Texniki çertyojlar və istehsal üçün dizayn faylları hazırlamaq bacarığı;

Yaradıcılıq, detallara diqqət və məsuliyyətlilik;

Komanda ilə işləmək və koordinasiya bacarığı.

İş yeri: Bakı şəhəri.

Müraciət qaydası:

CV-nizi [email protected] elektron poçt ünvanına göndərin. Mövzu hissəsində “Qrafik Dizayner” qeyd etməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.