İş haqqında
Öyrənəcəyiniz işlər:
BNPL məhsulu üzrə tərəfdaş obyektlərdə satış göstəricilərinin izlənməsi və gündəlik hesabatların hazırlanması;
Tərəfdaş obyektlərin satış heyəti ilə əlaqələndirmə və məhsul üzrə dəstək göstərilməsi;
Satışın artırılmasına yönəlmiş kampaniya və təşviq mexanizmlərinin icrası;
Potensial tərəfdaş obyektlərin araşdırılması və ilkin siyahının hazırlanması;
Satış məlumatlarının toplanması və Excel vasitəsilə analitik təhlillərin aparılması;
Cari operativ tapşırıqların icrası və BNPL məhsulu üzrə praktiki təcrübənin əldə edilməsi;
Bankın satış, məhsul və tərəfdaşlarla iş istiqamətləri ilə tanış olmaq.
Bizim üçün uyğun namizəd:
Ali təhsilə malik olan və ya son kursda təhsil alan (İqtisadiyyat, Maliyyə, Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli ixtisaslar üzrə);
MS Excel və PowerPoint proqramları üzrə əsas biliklərə;
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığına (İngilis və Rus dili biliyi üstünlükdür);
Güclü ünsiyyət və inandırma bacarığına, komandada işləmək qabiliyyətinə;
Nəticəyönümlü yanaşmaya, məsuliyyət hissinə və öyrənməyə həvəsə sahib olan şəxsdir.