Barattson MMC “Telesatış üzrə təmsilçi” vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
* Telefon vasitəsilə təqdim olunmuş baza əsasında potensial müraciətçilərlə əlaqə saxlamaq və onlara telefon üzərindən satış həyata keçirmək;
* Müraciət edən şəxslərə tədris olunan təlimlər haqqında ətraflı və dəqiq məlumat verərək satışını təşkil etmək;
* Müraciət edən şəxslərin məlumatlarını CRM bazasına daxil etmək;
* Müraciətçilərin müştəriyə çevrilməsi üçün mütəmadi iş aparmaq;
* Şöbə rəhbərinin tapşırıqlarını yerinə yetirmək.
Əsas tələblər:
Ali təhsil (iqtisadiyyat, biznesin idarəolunması üstünlükdür);
Dil bilikləri: Azərbaycan dili – səlis, Rus və İngilis dillərini bilmək üstünlükdür;
Satış üzrə ən azı 1 il təcrübə mütləqdir.
Şəxsi keyfiyyətlər:
* Xoş, ünsiyyətcil, gülərüz;
* Dinləmək qabiliyyəti;
* Səlis nitq qabiliyyəti;
* İnsanları inandırma bacarığı;
* Çevik işləmək bacarığı;
* Nizam-intizam və işinə qarşı məsuliyyətli olmaq.
Biz nə vəd edirik?
* Peşəkar inkişaf imkanı – daxili və xarici təlimlərdə iştirak, şəxsi və karyera inkişafı üçün dəstək;
* Rahat və müasir iş mühiti;
* Komanda birliyini gücləndirən motivasiyaedici korporativ tədbirlər.
* Ailə üzvlərinə təlimlərdən endirimli istifadə haqqı
Qrafik: 5 günlük iş həftəsi, saat 09:30–18:30;
Əməkhaqqı: ortalama 600 – 700 AZN(bonus daxil)
Namizədlərdən CV formalarını [email protected] email ünvanına, mövzu hissəsində mütləq vəzifənin adı “Telesatış üzrə təmsilçi” qeyd olunmaqla göndərməkləri xahiş olunur.
CV-nin son göndərilmə tarixi: 15 sentyabr 2026-cı il.