Pedaqoji Universitetdə vakansiya - Strateji İnkişaf Mərkəzinin müdiri

İşəgötürən: “Azərbaycan Dövlət Pedaqoji Univerisiteti” Publik Hüquqi Şəxs

Vəzifə: Strateji İnkişaf Mərkəzinin müdiri

İşin təsviri və əsas öhdəliklər:

Vəzifə öhdəlikləri:

   universitetin strateji inkişaf istiqamətləri üzrə fəaliyyətin əlaqələndirilməsi;

    Strateji İnkişaf Planı və digər inkişaf sənədlərinin hazırlanması, monitorinqi və təkmilləşdirilməsi;

    struktur bölmələr üzrə məlumatların təhlili və rəhbərliyə hesabatların təqdim edilməsi; 

   institusional inkişaf, keyfiyyət təminatı və akkreditasiya proseslərinin əlaqələndirilməsi; 

   universitetin inkişaf göstəricilərinin izlənilməsi və inkişafla bağlı təkliflərin hazırlanması; 

    daxili və xarici əməkdaşlıq çərçivəsində strateji təşəbbüslərin idarə olunması; 

    normativ sənədlərin və dövlət siyasəti istiqamətlərinin fəaliyyətə inteqrasiyasının təmin edilməsi;

    Mərkəzin fəaliyyətinin təşkili, əməkdaşlar arasında iş bölgüsünün aparılması və fəaliyyətə nəzarətin həyata keçirilməsi; 

    Mərkəzin illik fəaliyyət planı və hesabatlarının hazırlanaraq rəhbərliyə təqdim edilməsi.

Namizədə dair tələblər:

   magistratura səviyyəsində ali təhsil; 

    elmi dərəcə və ya elmi adın olması üstünlük hesab olunur; 

    strateji planlaşdırma, keyfiyyət təminatı, institusional inkişaf və ya idarəetmə sahəsində azı 5 il, rəhbər vəzifələrdə çalışdıqda 3 il iş təcrübəsi; 

    strateji düşünmə, analitik təhlil, problem həlli və çevik qərarvermə bacarığı; 

    liderlik, komanda ilə işləmək və fəaliyyətin əlaqələndirilməsi sahəsində yüksək səriştə; 

    müasir idarəetmə alətləri, rəqəmsal platformalar və informasiya texnologiyaları ilə işləmək bacarığı; 

    rəsmi sənədlərin, hesabat və təqdimat materiallarının hazırlanması bacarığı; 

    Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; 

    ingilis dilində sənədlərlə işləmə, işgüzar yazışma və peşəkar ünsiyyət bacarığı.

Əlavə məlumatlar

    İş yerinin ünvanı: ADPU-nun V tədris binası (Azərbaycan Respublikası Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi, Bakı şəhəri, Fətəli Xan Xoyski küçəsi 109 A)

    İş qrafiki: Bazar ertəsi - Cümə (09:00-18:00)

    Əmək haqqı: Ştat cədvəlinə uyğun

Müraciət üçün tələb olunan sənədlər:

    Azərbaycan dilində hazırlanmış fotoşəkilli CV

Müraciət üçün CV-ni [email protected] elektron poçt ünvanına göndərərkən imeylin mövzu hissəsində “ADPU SİM müdir” qeyd olunmalıdır.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət üçün son tarix:  21 aprel 2026-cı il

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.