Consulting Group vergi, audit, SƏTƏM, maliyyə, hüquqi məsləhət, biznes proseslərinin təkmilləşdirilməsi və sertifikatlaşdırma sahələrində ixtisaslaşmış aparıcı məsləhətçi şirkətlərdən biridir. Biz həm yerli, həm də beynəlxalq müştərilərə yüksək peşəkarlıqla xidmət göstəririk.
Bu, Consulting Group MMC-nin Bakı ofisində yarım ştatlı SƏTƏM üzrə ödənişli (Maaşlı) təcrübəçi vakansiyası üzrə iş elanıdır.
Əsas vəzifələr:
SƏTƏM üzrə tələb olunan jurnalların müntəzəm doldurulması və izlənilməsi;
Təlim qeydlərinin, aktların və gündəlik yoxlama formalarının sistemli şəkildə hazırlanması və saxlanılması;
Daxili təhlükəsizlik qaydalarının və təlimatların hazırlanması prosesində komandaya dəstək;
Ofis daxilində SƏTƏM standartlarının qorunması üçün cari inzibati tapşırıqların icrası.
Tələblər:
Gənc təcrübəçilər və ya tələbələr (Vəzifənin xüsusiyyətləri nəzərə alınaraq, xanım namizədlərə üstünlük veriləcək);
MS Office (xüsusilə Word və Excel) proqramlarından sərbəst istifadə;
Yüksək məsuliyyət hissi, diqqətlilik və komandada işləmək bacarığı;
Yeni sahəni sürətlə mənimsəməyə və peşəkar kimi yetişməyə maraqlı olmaq;
Sizə təklif edirik:
Təhsilinizi və ya şəxsi inkişafınızı axsatmadan part-time iş rejimi;;
Müasir ofis şəraiti və SƏTƏM sahəsində təcrübəli mentorlardan öyrənmək imkanı;
Təcrübə müddətini uğurla bitirdikdə Sertifikat və ya Xasiyyətnamə;
SƏTƏMM proseslərinə yiyələnmək imkanı;
Müraciət etmək üçün vasitələr:
Subjectdə SƏTƏM üzrə ödənişli təcrübəçi yazaraq [email protected] e-mail ünvanına CV göndərmək.
Müraciətlərin qəbulu üçün son tarix 25 aprel 2026-ci il.