Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsində “Mühasibat” istiqaməti üzrə müəllim vakansiyası

 

Qarabağ Universitetinin Biznes və İqtisadiyyat Fakültəsi Mühasibat istiqaməti üzrə müəllim vəzifəsinə müraciətlərin qəbulunu elan edir. Seçilmiş namizəd maliyyə uçotu, İdarəetmə uçotu, Maliyyə hesabatlılığı və mühasibat sahəsi üzrə digər əlaqəli fənləri tədris edəcəkdir.

İşin təsviri

 Bakalavr səviyyəsində mühasibat ilə bağlı fənlərin tədrisi;

 Fənn sillabuslarının, tədris materiallarının və imtahan suallarının hazırlanması;

 Tələbələrin tədris tapşırıqlarına, layihələrinə və imtahanlarına nəzarət;

 Müvafiq fənlər üzrə moderasiya prosesində iştirak

 Fakültə səviyyəsində iclaslarda, proqramların inkişafında və keyfiyyət təminatı fəaliyyətlərində iştirak;

 Elmi-tədqiqat fəaliyyəti, nəşrlər və akademik konfranslarda iştirak;

 Peşəkar əməkdaşlıq təşəbbüslərinə dəstək.

Tələblər

 Mühasibat, Biznes və ya əlaqəli sahə üzrə minimun magistr dərəcəsi (Fəlsəfə doktoru elmi dərəcəsi arzuolandır);

 İngilis dilində tədris bacarığı (minimum B2 səviyyəsi);

 Mühasibat və idarəetmə uçotu üzrə güclü peşəkar bilik və tədris təcrübəsi;

 Yüksək təşkilatçılıq, ünsiyyət və komanda işi bacarıqları;

 Beynəlxalq təhsil və ya peşəkar təcrübə üstünlükdür;

 Elmi-tədqiqat potensialı və tədqiqat aparmaq bacarığı üstünlükdür.

Tələb olunan sənədlər

 CV;

 Ali təhsil diplomlarının və transkriptlərin surətləri;

 Motivasiya məktubu (maksimum 500 söz);

 Elmi nəşrlərin siyahısı (mövcuddursa).

İş qrafiki

Tam ştat

Əlavə qeydlər

 Elektron məktubun mövzu hissəsində “Mühasibat” istiqaməti qeyd edilməlidir.

 Yalnız seçim meyarlarına cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

 Tam ştat əməkdaşlar üçün Xankəndi şəhərində yaşayış yeri təmin ediləcəkdir.

Müraciət üçün son tarix

4 aprel 2026

E-poçt: [email protected]

Rəqabətqabiliyyətli əməkhaqqı təklif olunacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.