Qarabağ Universitetinin Təbiət elmləri fakültəsi fizika və biologiya istiqamətləri üzrə müəllim vakansiyaları elan edir.
Qarabağ Universiteti tələbəyönümlü, yaradıcı və innovativ təlim texnologiyalarını, qabaqcıl elmi-tədqiqat metodlarını, transformativ təhsil yanaşmalarını dəstəkləyən alim və pedaqoqları komandamıza qoşulmağa dəvət edir.
MÖVCUD AKADEMİK İSTİQAMƏT
Təbiət elmləri:
Fizika
Biologiya
Əsas vəzifə öhdəlikləri
Dərs yükünə uyğun fənlərin tədrisi;
Fənn sillabuslarının hazırlanması;
Elmi tədqiqatların aparılması və nəticələrinin nüfuzlu elmi jurnallarda dərc edilməsi;
Təhsilalanların biliyinin qiymətləndirilməsi və qiymətləndirmə meyarlarının hazırlanması;
Müvafiq proqram fəaliyyətinə dair təkliflərin hazırlanması;
Tədris materiallarının/laboratoriya sessiyaları üçün metodik vəsaitlərin hazırlanması və yenilənməsi;
Fakültə daxilində sosial-ictimai və təhsil məsələlərinə dair tədbirlərin təşkilində aktiv iştirak.
Tələblər
Müvafiq sahə üzrə minimum magistr dərəcəsinə sahib olmaq (sahə üzrə elmi dərəcə və ya doktorantura təhsilinə üstünlük verilir);
Ali təhsil müəssisələrində elmi-pedaqoji iş təcrübəsi (yüksək nüfuzlu ali təhsil müəssisələrinin məzunları üçün istisna tətbiq oluna bilər);
İnformasiya-kommunikasiya texnologiyalarını (İKT) tədris prosesinə inteqrasiya etmək bacarığı;
Tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmaları üzrə təcrübə;
Yüksək kommunikasiya, liderlik və təşkilatçılıq bacarıqları.
Təklif etdiyimiz üstünlüklər
Rəqabətədavamlı əməkhaqqı;
Xankəndidə mənzil təminatı;
Elmi-tədqiqat yönümlü akademik mühit;
Peşəkar inkişaf və beynəlxalq əməkdaşlıq imkanları.
Tələb olunan sənədlər
CV (ingilis dilində);
Diplom və akademik transkriptlərin surəti;
Elmi nəşrlərin siyahısı (mövcuddursa);
Motivasiya məktubu (maksimum 500 söz, ingilis dilində).
Müraciət qaydası
Namizədlər elektron müraciət məktubunun mövzu hissəsində müraciət etdikləri konkret akademik istiqamətin adını qeyd etməlidirlər.
Seçim meyarlarına cavab verən və ilkin ekspertiza mərhələsində müsbət rəy almış namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət üçün son tarix: 4 aprel 2026-cı il
Elektron poçt ünvanı: [email protected]