Qrafik dizayner vakansiyası

 

Şirkət: 360 Marketinq Agentliyi (www.360marketinq.az)

 

360 Marketinq komandası böyüyür! Kreativ düşüncəli, vizuallarla hekayə danışmağı bacaran Qrafik Dizayner axtarırıq.

 

Vəzifə öhdəlikləri:

- Sosial media postları, Reels cover-ları və story dizaynlarının hazırlanması

- Reklam kampaniyaları üçün kreativ vizualların dizaynı

- Brendlərin vizual üslubuna uyğun işləmək və onu inkişaf etdirmək

- Video komandası və kopirayterlə koordinasiyalı işləmək

- Çap materialları (kataloq, vizitkart, flayer, banner, roll-up, poster və s.) üçün dizaynlar

 

Tələblər:

- Adobe Photoshop və Illustrator proqramlarında sərbəst işləmək

- Sosial media dizayn trendlərini izləmək

- Kreativ düşüncə və detallara diqqət

- Vaxtın düzgün idarə edilməsi və deadline-lara əməl etmək

- Motion/After Effects bilikləri üstünlük sayılır

 

Biz nə təklif edirik:

- Kreativ və dinamik komanda

- Real layihələr və güclü brendlərlə iş imkanı

- Peşəkar inkişaf və öyrənmə mühiti

- Rahat ofis mühiti və sağlam iş atmosferi

 

Ünvan: Xətai m/st yanı , Nəcəfqulu Rəfiyev küçəsi 11

İş saatı: Həftədə 5 gün, 10:00-17:00

Əmək haqqı: 2 ay sınaq müddəti 800 Azn, növbəti aylardan 1000 Azn (namizədə görə arta da bilər)

 

Müraciət üçün:

Uyğun namizədlər rezyume və portfolio-larını "Qrafik dizayner" başlığı ilə [email protected] ünvanına göndərə bilərlər.

Mövzu hissəsində “Qrafik Dizayner” qeyd etməyi unutmayın.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.