Bank Avrasiya "İnkassator" vəzifəsi üzrə vakansiya elan edir.

Namizədlər üçün irəli sürülən tələblər:

•    Ali təhsil 

•    Bu sahədə ən azı 2 il iş təcrübəsi (Bank sahəsində təcrübə arzuolunandır)

•    Həqiqi hərbi xidmət; 

•    Sürücülük vəsiqəsi (BC kateqoriya, rəsmi təcrübəsi ən azı 3 il)

•    Mükəmməl Azərbaycan dili;

•    Nəğd pulla intensiv işləmə bacarığı;

•    Gərgin iş qrafikində işləmək bacarığı;

•    İşində səliqəlilik, məsuliyyətlilik, operativlik, dəqiqlik və detallara fikir vermək qabiliyyəti 

•    Ünsiyyətqurma və komandada işləmək bacarığı

 

Vəzifə öhdəlikləri:

•    Müşayiətedici sənədlərə uyğun olaraq kassa qovşağından qiymətliləri qəbul etmək. 

•   Qablaşdırmanın bütövlüyünü yoxlamaq. 

•    Qurğuların, müvafiq nəqliyyat növlərinin sanitar vəziyyətinə, daşınma üçün təyin olunmuş yükləmə-boşaltma işlərinin düzgünlüyünə, yüklərin qorunmasına və yerləşdirilməsinə nəzarət etmək. 

•    Yüklərin təyin olunmuş yerə çatmasını müşayiət etmək, onların nəql edilməsi zamanı briqada ilə birlikdə  lazım olan mühafizə rejimini həyata keçirmək.

•    Gətirilmiş yükü təhvil vermək, qəbul-təhvil sənədlərinin rəsmiləşdirilməsində iştirak etmək. Lazım olduqda çatışmamazlıq, korlanma aktlarının və başqa sənədlərin tərtib olunmasında iştirak etmək.

•    İstifadəsində olan nəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək;

•    İstifadə etdiyi avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olmaq;

•    İstifadə etdiyi avtonəqliyyat vasitəsinin  sıradan çıxdığı hallarda müvafiq aktların, digər sənədlərin tərtibatında və imzalanmasında iştirak etmək;

•    Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək.

 

    Xahiş olunur mövzu hissəsində İnkassator vəzifəsini qeyd edib CV [email protected] ünvanına göndərəsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.