Vətəndaş qəbulu üzrə baş mütəxəssis vakansiyası
AZCON Holding vətəndaş qəbulu üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Vəzifə funksiyaları:
Daxil olmuş vətəndaş müraciətlərinin ilkin təhlilinin aparılması, araşdırılması və hesabatlılığının təmin edilməsi;
Vətəndaş qəbulu prosesinin təşkil edilməsi, müraciətlərin dinlənilməsi, qeydiyyata alınması, həmçinin müvafiq istiqamət üzrə qanunvericiliklə müəyyən olunmuş müddətdə cavablandırılmasının təmin edilməsi;
Xüsusi müraciətlər üzrə aidiyyəti struktur bölmələrdən rəy və tövsiyələrin alınması;
Müraciətlərin icra vəziyyətinin izlənilməsi və rəhbərliyə zəruri hesabatların təqdim edilməsi;
Rəhbər şəxslərin qəbulu üzrə daxil olan müraciətlərin prioritetləşdirilməsi və qəbulların təşkil edilməsi.
Vətəndaş müraciətlərinin mövcud qanunvericiliyə (xüsusilə “Vətəndaşların müraciətləri haqqında” Qanuna) və Holdinqin daxili qaydalarına uyğun icra olunması üçün aidiyyəti qurumlara yönləndirilməsi;
Rəhbərliyin tapşırıqlarına uyğun vətəndaş qəbulu ilə bağlı digər inzibati və təşkilati işlərin icra edilməsi.
Əsas tələblər:
Ali təhsil (hüquq, idarəetmə, psixologiya və oxşar sahələr üzrə təhsil üstünlükdür);
Dövlət qurumlarında yalnız vətəndaş müraciətlərinin qəbulu və icrası ilə bağlı vəzifələr üzrə cari iş təcrübəsi;
Vətəndaşlarla iş və elektron sənəd dövriyyəsi üzrə minimum 5 il iş təcrübəsi;
Əmək qanunvericiliyi və əmək münasibətləri barədə baza bilikləri;
Azərbaycan dili (ana dili), əlavə dil bilikləri üstünlükdür;
Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı;
Müraciətlərin qeydiyyatı və icrasını izləmək üçün kompüter bilikləri (MS Office, Elektron Sənəd Dövriyyəsi və s.);
Stressə davamlılıq, operativlik və məsuliyyətlilik;
Vətəndaş müraciətləri haqqında Azərbaycan Respublikası Qanunu, vətəndaş müraciətlərinə baxılması və cavablandırılması qaydalarını yüksək səviyyədə bilməlidir.
Müraciət et
Bizimlə əlaqə:
Yuxarıda göstərilən tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi [email protected] ünvanına mövzu hissəsində “Vətəndaş qəbulu üzrə baş mütəxəssis ” yazmaqla da göndərə bilərsiniz. Uyğun namizədlərlə əlaqə saxlanılacaq.