Komandamıza qoşulacaq tam ştat Qrafik Dizayner axtarırıq.
Əgər vizual kommunikasiya sahəsində təcrübəniz, yaradıcı yanaşmanız və müasir dizayn tendensiyalarına uyğun işləmək bacarığınız varsa, sizi komandamızda görməkdən məmnun olarıq.
Əsas vəzifələr:
• Sosial media platformaları üçün kreativ vizualların hazırlanması;
• Reklam kampaniyaları üçün banner, poster və digər dizayn materiallarının hazırlanması;
• Çap və rəqəmsal kommunikasiya materiallarının dizayn edilməsi;
• Brendin vizual üslubunun qorunması və bütün materiallarda vahid şəkildə tətbiq olunması;
• Marketinq komandası ilə birgə kreativ ideya və konseptlərin hazırlanması;
• Mövcud dizaynların müxtəlif platforma və formatlara uyğunlaşdırılması.
İş rejimi: Full-time
Müraciət etmək istəyən namizədlərdən CV və portfoliolarını təqdim etmələri xahiş olunur.
Müraciət üçün : [email protected]