Vakansiya: Qrafik Dizayner
Agro-West DC MMC komandasına Qrafik Dizayner axtarırıq!
Əsas vəzifə öhdəlikləri:
-Şirkətin sosial media hesabları (Instagram, Facebook, LinkedIn) üçün vizual kontentlərin (post, story, banner) dizayn edilməsi;
-Paylaşımlar üçün cəlbedici mətnlərin (caption) və kopirayterlik işlərinin yerinə yetirilməsi;
-Reels/Shorts formatlı qısa video kontentlərin çəkilişi, ideyalarının verilməsi və montajı;
-Şirkətin korporativ üslubuna uyğun olaraq poliqrafiya və promo materiallarının (kataloq, POS materiallar və s.) hazırlanması;
-Səhifələrə gələn sorğuların cavablandırılması və auditoriya ilə ünsiyyətin idarə olunması.
Namizəddən gözləntilərimiz:
-Qrafik dizayn və SMM sahəsində azı 1–2 il peşəkar iş təcrübəsi;
-Adobe Photoshop və Adobe Illustrator proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
-CapCut, Premiere Pro və ya analoji video montaj proqramlarından istifadə təcrübəsi;
-Azərbaycan dilində səlis, qrammatik düzgün yazı və nitq qabiliyyəti;
-Kreativ yanaşma, trendləri izləmə və komanda ilə rahat ünsiyyət qurmaq bacarığı.
İş şəraiti:
-İş qrafiki: I–V günlər, 09:00 – 18:00 (Şənbə və bazar — istirahət günü);
-Əməkhaqqı: 800 – 1000 AZN (namizədin təcrübə və bacarıqlarına əsasən);
-Mehriban komanda və peşəkar inkişaf imkanı.
Müraciət üçün:
Tələblərə cavab verən namizədlər CV nümunələrini mövzu hissəsində "Qrafik Dizayner" qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.