"Nardaran İnvest" MMC Sənəd Nəzarəti üzrə Mütəxəssis vakansiyasını elan edir.

 

Vəzifə öhdəlikləri:

- Təyin edilmiş layihələr üzrə sənəd dövriyyəsinin və sənədlərin idarə edilməsinin təmin edilməsi;

- Layihələrin sistemləşdirilməsi və müəyyən edilmiş qaydalara uyğun kodlaşdırılması;

- Layihə sənədlərinin qeydiyyatı, uçotu, təsnifləşdirilməsi, saxlanılması və arxivləşdirilməsinin təşkili;

- Layihə, texniki və icra sənədlərinin vaxtında qəbul edilməsi, razılaşdırılması, buraxılması və aidiyyəti şəxslərə/şöbələrə ötürülməsinə nəzarət;

- Sənəd reyestrlərinin hazırlanması və aparılması, sənədlərin aktuallığının və yenilənməsinin təmin edilməsi;

- Sənədlərin versiyalarına nəzarət və köhnəlmiş versiyalardan istifadənin qarşısının alınması;

- Layihə sənədlərinin daxili standartlara və layihə tələblərinə uyğunluğunun yoxlanılması;

- Layihələndirmə komandası ilə sahə arasında sənəd və məlumat mübadiləsinin koordinasiya edilməsi;

- Sahədə görülən işlərin layihə sənədlərinə uyğunluğunun təmin edilməsi məqsədilə layihə və sahə komandaları arasında koordinasiyanın aparılması;

- Podratçı, sifarişçi, layihəçi və digər layihə iştirakçıları ilə sənəd dövriyyəsi və məlumat mübadiləsinin koordinasiyası;

- İclasların protokollaşdırılması, qəbul edilmiş qərarların və verilmiş tapşırıqların sənədləşdirilməsi;

- Layihə üzrə sənəd dövriyyəsinə dair mütəmadi hesabatların hazırlanması;

- İcra sənədlərinin, görülmüş işlərin aktlarının və digər müşayiətedici sənədlərin uçotu və nəzarəti;

- Layihə iştirakçılarına sənədlərin hazırlanması, təqdim edilməsi və idarə olunması ilə bağlı metodiki dəstəyin göstərilməsi;

- Layihə üzrə sənədlərin təqdim edilmə müddətlərinə riayət olunmasına nəzarət.

 

Namizədə tələblər:

- Ali təhsil: texniki, tikinti və ya sənəd idarəçiliyi sahəsində təhsil üstünlükdür;

- Sənəd nəzarəti, tikinti və ya layihə sənəd dövriyyəsi sahəsində ən azı 3 il iş təcrübəsi;

- MS Office proqramlarını: Excel, Word, Outlook — yaxşı səviyyədə bilmək;

- Adobe Acrobat Pro və AutoCAD proqramlarında işləmək bacarığı;

- Aconex, SharePoint, Autodesk Construction Cloud (BIM 360), Oracle Primavera P6, MS Project proqramları ilə iş təcrübəsi üstünlükdür;

- Tikinti və mühəndislik layihələrində texniki sənəd dövriyyəsinin aparılması prinsiplərini bilmək;

- Layihə, icra və texniki sənədlərlə işləmək təcrübəsi;

- Texniki sənədlərin tərtibinə dair tələbləri başa düşmək; ISO 9001 standartlarını bilmək üstünlükdür;

- Sənəd reyestrlərinin aparılması və versiyalara nəzarət bacarığı;

- Azərbaycan və rus dilləri — mütləq; ingilis dili — texniki sənədlərlə işləmək səviyyəsində;

- Detallara diqqət, təşkilatçılıq, məsuliyyət və böyük həcmdə informasiya ilə işləmək bacarığı;

- İşgüzar ünsiyyət və komandada effektiv işləmək bacarığı.

 

İş şəraiti:

• İş qrafiki: 5/2, 09:00-18:00;

• Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir.

 

Vakansiya ilə maraqlanan namizədlər, CV-lərini mövzu hissəsində “Sənəd Nəzarəti üzrə Mütəxəssis” qeyd etməklə [email protected]  ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.