*Please scroll down for the translation into English.

 

QUK/QUTSEF FELLOWSHIP

 

Qarabağ Universiteti Tibb və Sağlamlıq Elmləri Fakültəsi (QUTSEF) akademik və klinik potensialın gücləndirilməsi məqsədilə “QUK/QUTSEF Fellowship” təşəbbüsünə müraciətlərin qəbulunu elan edir.

Bu proqram çərçivəsində seçilmiş namizədlər Qonaq müəllim / Qonaq akademik heyət üzvü statusu ilə fakültənin tədris, klinik və kurikulum fəaliyyətlərinə töhfə verəcəklər.

ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

Seçilmiş iştirakçılar aşağıdakı sahələr üzrə fəaliyyət göstərəcəklər:

• Kurikulumun hazırlanması, təkmilləşdirilməsi və qiymətləndirilməsi

• Tədris və praktiki təlimlərin QUTSEF-in məqsədlərinə uyğun və müəyyən edilmiş tədris metodlarına riayət olunmaqla həyata keçirilməsi.

• Klinik xidmətlərin göstərilməsinə töhfə

• Akademik heyətin inkişafına dəstək (faculty development)

Ərizələrin xüsusilə aşağıdakı ixtisas sahələri üzrə mütəxəssislər tərəfindən təqdim edilməsi təşviq olunur:

Pediatriya | Daxili Xəstəliklər | Psixiatriya | İctimai Səhiyyə | Cərrahi tibb bacılığı

Müddət: Minimum 2-3 ay (10 həftəlik blok müddətində) – maksimum 1 il

Yaşayış və səyahət xərcləri QUK/QUTSEF tərəfindən qarşılanır. Digər şərtlər ayrıca müzakirə olunacaqdır.

 

MÜRACİƏTÇİLƏR ÜÇÜN TƏLƏBLƏR

Namizədlər aşağıdakı meyarlara cavab verməlidir:

• Minimum 3 il klinik iş təcrübəsi

• Azərbaycan və ya Türk dillərindən birində tam sərbəstlik

• İngilis dili biliyi – işçi səviyyəsində.

• Minimum Magistr dərəcəsi (PhD üstünlükdür).

• Tədris təcrübəsi üstünlükdür.

• Hal-hazırda universitetdə çalışmaq üstünlükdür.

 

Namizədlərdən CV və motivasiya məktublarını [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Ərizə üçün son tarix: 5 yanvar 2026

Müsahibə dövrü: 5–15 yanvar 2026

Kurikulum üzrə Seminar və birgə əməkdaşlıq şərtlərinin müzakirəsi məqsədilə dəvət olunan tarix: 10–13 fevral 2026.

Fellowship ilə bağlı ətraflı məlumat əldə etmək üçün:

Turana T. – [email protected]

Gülşah Ü. C. – gulshah.unsal @karabakh.edu.az

___________________

ENG

 

QUK/QUTSEF FELLOWSHIP

 

The Faculty of Medicine and Health Sciences of Karabakh University (KUFMHS) is pleased to

announce the call for applications for the QUK/QUTSEF Fellowship, an initiative aimed at strengthening academic excellence and clinical capacity within the Faculty. Under this fellowship, selected candidates will be appointed as Visiting Lecturers / Visiting Faculty Members and will contribute to the Faculty’s educational, clinical, and curriculum-related activities.

 

Selected fellows are expected to contribute to the following areas:

• Curriculum development, enhancement, and evaluation;

• Delivery of teaching and practical training in alignment with the objectives of KUFMHS; 

and in accordance with established teaching methodologies;

• Contribution to the provision of clinical services;

• Support for academic staff development (faculty development).

Applications are particularly encouraged from specialists in:

Pediatrics | Internal Medicine | Psychiatry | Public Health | Surgical Nursing

Duration: Minimum 3 months (during the 10-week block period) – up to 1 year

Accommodation and travel expenses will be covered by KUFMHS. Additional terms and

conditions will be discussed separately.

 

Eligibility Criteria

Applicants must meet the following requirements:

• Minimum one year of clinical experience

• Full proficiency in Azerbaijani or Turkish

• Working-level proficiency in English

• Minimum of a Master’s degree (PhD is preferred)

• Teaching experience is considered an advantage

• Current employment at a university is considered an advantage

Applicants are kindly requested to submit their Curriculum Vitae (CV) and Motivation Letter via email to [email protected].

Important Dates

• Application deadline: 5 January 2026

• Interview period: 5–10 January 2026

• The Curriculum Workshop and discussions on the terms of collaboration are

scheduled to take place on 10–13 February 2026.

For additional information regarding the Karabakh Fellowship, please contact:

• Turana T. – [email protected]

• Gulshah U. C. – [email protected]

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.