Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi sənəd dövriyyəsinin, daxil olan müraciətlərin və rəhbərliyin gündəlik inzibati fəaliyyətinin səmərəli təşkili məqsədilə Referent vəzifəsinə məsuliyyətli, diqqətli və təşkilatçılıq qabiliyyətinə malik namizədləri müraciət etməyə dəvət edir.
Vəzifələr
Daxil olan və göndərilən məktub, müraciət və digər sənədləri qəbul etmək, qeydiyyata almaq və aidiyyəti üzrə yönləndirmək;
Rəsmi məktubları, arayışları, sorğuları, təqdimatları və digər işgüzar sənədləri hazırlamaq və redaktə etmək;
Sənədlərin imzalanması, razılaşdırılması və vaxtında icraçılara çatdırılması prosesini təşkil etmək;
Rəhbərliyin iş qrafikini, görüşlərini, iclaslarını və qəbul vaxtlarını əlaqələndirmək;
Rəhbərliyə daxil olan məlumatları sistemləşdirmək və gündəlik fəaliyyət üzrə zəruri xatırlatmaları təqdim etmək;
Telefon zənglərini və ziyarətçiləri qəbul etmək, müraciətləri müvafiq şəxslərə yönləndirmək;
İclas və görüşlərin təşkilində iştirak etmək, zərurət olduqda protokol və qeydlər hazırlamaq;
İclaslarda qəbul edilmiş qərar və tapşırıqları aidiyyəti şəxslərə çatdırmaq və onların icra vəziyyətini izləmək;
Struktur bölmələrdən tələb olunan məlumatları toplamaq və ümumiləşdirərək rəhbərliyə təqdim etmək;
Ezamiyyət, görüş və rəsmi tədbirlərlə bağlı təşkilati məsələlərin həllində iştirak etmək;
Sənədlərin sistemli saxlanılmasını, elektron və fiziki arxivləşdirilməsini təmin etmək;
Rəhbərliyin digər inzibati və təşkilati tapşırıqlarını yerinə yetirmək.
Tələblər
Orta ixtisas və ya ali təhsil;
Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
Rəsmi-işgüzar yazışma və sənədlərin hazırlanması qaydalarını bilmək;
MS Office proqramları, elektron poçt və elektron sənəd dövriyyəsi sistemləri ilə işləmək bacarığı;
İşləri planlaşdırmaq, prioritetləri müəyyənləşdirmək və son tarixlərə əməl etmək bacarığı;
Xarici dili biliyi, həmçinin təhsil və ya dövlət sektorunda iş təcrübəsi əlavə üstünlük hesab olunur.
İş şəraiti
Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi;
Tam iş günü və beşgünlük iş həftəsi;
Peşəkar inkişaf və təlim imkanları.
Maraqlanan namizədlər mövzu hissəsində “Referent” qeyd etməklə CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 30 oktyabr 2026-cı il.