Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi təhsilalanların müraciətlərinin operativ cavablandırılması, onların təhsil mühitinə uyğunlaşmasının dəstəklənməsi və təhsilalanlarla sistemli işin təşkili məqsədilə Təhsilalanlarla iş üzrə koordinator vəzifəsinə məsuliyyətli, ünsiyyətcil və təşəbbüskar namizədləri müraciət etməyə dəvət edir.
Vəzifələr
Təhsilalanların müraciət, təklif və şikayətlərini qəbul etmək, qeydiyyata almaq və aidiyyəti struktur bölmələrə yönləndirmək;
Təhsilalanların davamiyyətini, davranışını və təhsil prosesində iştirakını izləmək, risk qrupunda olan şəxsləri müəyyənləşdirmək;
Davamiyyət və intizam problemləri ilə bağlı təhsilalanlar, müəllimlər, qrup rəhbərləri və rəhbərlik arasında əlaqələndirməni təmin etmək;
Zərurət olduqda valideynlər və ya qanuni nümayəndələrlə əlaqə saxlamaq;
Təhsilalanları daxili intizam qaydaları, hüquq və vəzifələri, mövcud xidmət və imkanlar barədə məlumatlandırmaq;
Xüsusi qayğıya və sosial dəstəyə ehtiyacı olan təhsilalanların müəyyənləşdirilməsində iştirak etmək və onların aidiyyəti xidmətlərə yönləndirilməsini təşkil etmək;
Təhsilalanların sosial, mədəni, maarifləndirici və könüllülük fəaliyyətlərinin təşkilində iştirak etmək;
Tələbə şurası, klublar və digər təşəbbüs qruplarının fəaliyyətini əlaqələndirmək və dəstəkləmək;
Təhsilalanların məmnunluğunu və ehtiyaclarını müəyyənləşdirmək məqsədilə sorğular və görüşlər təşkil etmək;
Təhsilalanlarla bağlı daxil olan məlumatları təhlil etmək və müvafiq dövri hesabatlar hazırlamaq;
Təhsilalanların iştirakı ilə keçirilən görüş, tədbir və layihələrin təşkilati işlərini əlaqələndirmək;
Təhsilalanlarla iş üzrə rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.
Tələblər
Orta ixtisas və ya ali təhsil;
Təhsilalanlar, gənclər və ya sosial qruplarla iş sahəsində iş təcrübəsi;
Təhsilalanlarla bağlı normativ sənədlər və daxili intizam qaydaları ilə işləmək bacarığı;
Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
Müraciətlərin idarə edilməsi, hesabatların hazırlanması və məlumatların sistemləşdirilməsi bacarığı;
MS Office proqramları və elektron məlumat sistemləri ilə işləmək bacarığı;
Güclü ünsiyyət, dinləmə, münaqişələrin həlli və problemə operativ yanaşma bacarığı;
Yüksək təşkilatçılıq, məsuliyyətlilik və komanda ilə işləmək qabiliyyəti.
İş şəraiti
Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi;
Tam iş günü və beşgünlük iş həftəsi;
Peşəkar inkişaf və təlim imkanları.
Maraqlanan namizədlər mövzu hissəsində “Təhsilalanlarla iş üzrə koordinator” qeyd etməklə CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 30 oktyabr 2026-cı il.