VAKANSİYA: Rəhbər köməkçisi / Layihə Koordinatoru
Şirkət: Alufar MMC
İş haqqında:
Şirkətimiz üçün rəhbər köməkçisi və layihə koordinatoru vəzifəsinə XANIM əməkdaş axtarılır. Namizəd ISO sertifikasiya prosesləri, ümumi sənədləşmə, təqdimatlar və təşkilati işlərin idarə olunmasında aktiv rol oynayacaq.
Əsas vəzifələr:
Rəhbərin gündəlik işlərində dəstək və koordinasiya
Sərgilər və görüşlər üçün hazırlıq işlərinin görülməsi
Şirkət daxilində sənədləşmə işlərinin idarə olunması
ISO sertifikasiya və sənədləşmə proseslərinin koordinasiyası
Təqdimatların hazırlanması və yenilənməsi
Müxtəlif layihələr üzrə məlumatların toplanması və analizi
Tələblər:
Analitik düşünmə və güclü təşkilatçılıq bacarığı
Yaxşı kommunikasiya və koordinasiya qabiliyyəti
İngilis və rus dili mütləqdir.
Şəxsi keyfiyyətlər:
Diqqətli və məsuliyyətli
Operativ və nəticəyönümlü
Detallara diqqət edən
İş yeri: Saray, Abşeron
İş qrafiki: Tam iş günü ( 5 günlük)
Əməkhaqqı: 2500 – 3000 AZN
Nahar və servis şirkət tərəfindən təmin olunur
Maraqlanan namizədlər CV-lərini [email protected] ünvanına göndərə bilərlər.