Təcrübəçi Qrafik Dizayner vakansiyası
Qrafik Dizayn sahəsində özünü inkişaf etdirmək istəyən, yaradıcı düşüncəyə malik komanda yoldaşı axtarırıq. Bizim üçün əsas meyar akademik sənədlər deyil, namizədin estetik baxışı və öyrənməyə olan həvəsidir.
Təcrübə proqramı 2 və ya 3 aylıq nəzərdə tutulub.
Təcrübəçimizin ən azından yol xərclərini qarşılamaq üçün simvolik bir ödəniş olunacaq.
İş barədə məlumat:
Şirkətin daxili layihələri üçün sosial media postlarının və vizual kontentlərin hazırlanması;
Brendin korporativ stilinə uyğun dizayn həllərinin verilməsi;
İş saatı: Həftəlik 16 saat.
Təcrübəçidən gözləntilərimiz:
Adobe Photoshop və Illustrator proqramları ilə baza işləmə bacarığı;
Dizayn trendlərini izləmək və tətbiq etmək qabiliyyəti;
Müraciət qaydası: Göstərilən tələblərə uyğun namizədlərdən CV və (varsa) portfoliolarını [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Mövzu hissəsində: "Təcrübəçi Qrafik Dizayner" qeyd edilməlidir.